PAŞİNYAN: “BRÜSSELDƏKİ GÖRÜŞ LAÇIN DƏHLİZİNİN AÇILMASI İLƏ BAĞLI HEÇ BİR TÖHFƏ VERMƏDİ”

PAŞİNYAN: “BRÜSSELDƏKİ GÖRÜŞ LAÇIN DƏHLİZİNİN AÇILMASI İLƏ BAĞLI HEÇ BİR TÖHFƏ VERMƏDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri iddia edir ki, Azərbaycanın Qarabağda etnik təmizləmə aparmağı planlaşdırdığı barədə bəyanat təkcə nəzəri hesablamalar deyil.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Brüsseldə keçirilən Paşinyan-Mişel-Əliyev görüşündə Laçın dəhlizinin blokunun açılması məsələsi ilə bağlı nəticə əldə olunmayıb.

“Laçın dəhlizinin blokadası və Qarabağda dərinləşən humanitar böhran kontekstində iyulun 15-də mən Avropa Şurası və Azərbaycan dövlət başçıları ilə üçtərəfli görüş keçirdim. Təəssüf ki, bu görüş dəhlizin açılması və böhranın aradan qaldırılması üçün heç bir konkret nəticə vermədi”, – Paşinyan bildirib.