Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin gündəliyinə 56 məsələ daxil olan növbəti iclası keçirilib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, sessiyanın gündəliyinə Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasının bir daha təsdiqlənməsi müzakirə olunub.
“Sərhədlərin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır. Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”, – Nikol Paşinyan gündəlikdəki məsələlərə toxunmazdan əvvəl bəyan edib.
“Regional kommunikasiyaların açılması tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında baş tutmalıdır. Humanitar məsələlərə toxunaraq deyə bilərəm ki, Azərbaycan bu mövzuda beynəlxalq tərəfdaşlara verdiyi vədləri pozmaqda davam edir, lakin biz əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı işi yorulmadan davam etdirməliyik”, – deyə o əlavə edib.