Paşinyan: “Biz də Azərbaycan və Türkiyə ilə yolların açılmasına hazırıq”

Paşinyan: “Biz də Azərbaycan və Türkiyə ilə yolların açılmasına hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev dünən bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, son dərəcə mühüm bəyanatdır və mən Azərbaycan Prezidentinin bu addımını yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə davam edən İpək Yolu konfransı zamanı deyib.
O bildirib ki, onlar da bir sıra addımlar atmağa hazırdırlar. “Biz bu gündən etibarən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistanın ərazisindən keçməklə tranzitini təmin etməyə hazırıq. Marqara-Yeqnadzor-Sisisan-Qoris marşrutu üzrə Ermənistanda həm yollar, həm də sərhəd infrastrukturu buna hazırdır”.

Fərda Uğur