Paşinyan bir daha Əliyevə təşəkkür etdi: “Gözləmədiyimizi etdi”

Paşinyan bir daha Əliyevə təşəkkür etdi: “Gözləmədiyimizi etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvcanda keçirilən “Orbeli-2025” konfransında bir sıra maraqlı fikirlər səsləndirib.

Tribunainfo.az xəbər verir ki, o, Azərbaycanla əlaqələrdən, sülh prosesindən və digər mövzulardan bəhs edib. Paşinyan bəyan edib ki, Aİ müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar. “Sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra formatda dəyişikliklər olacaq və Ermənistan bu barədə avropalı tərəfdaşları ilə daha əsaslı müzakirələr aparacaq”. Ermənistanın baş naziri Azərbaycan Prezidentinin “Sevan gölü yoxdur, Göyçə gölü var” fikirlərinə də münasibət bildirib. O dolayısı ilə dövlət başçısının dediklərinə haqq qazandırıb. “Siz parlamentdə Qarabağın “bayrağı”nı asanda fikirləşmirdiz ki, Azərbaycan da Sevana Göycə deyəcək?. Biz deyək ki, Qandzak, deyək Kövsakan, tutaq ki, Kaşatağ. Tutaq ki, İrəvan qədim Azərbaycan şəhəridir. Bu nəyi dəyişir? Bu, yanlış yoldur”. Paşinayan Prezident Əliyevin dediklərini ddərindən öyrənmək lazım olduğunu dda qeyd edib. “Əliyevin nə dediyini öyrənmək lazımdır, seçim etmək lazımdır. Qayıdış mövzusuna gəlincə, tarixi vətən kontekstində bu, çox təhlükəli bir şeydir. Tarixi vətən hansı ildən başlayır? Məsələn, eramızdan əvvəl 70-ci illər başlanğıc nöqtəsi ola bilərmi, yoxsa yox? Bir tərəf deyir ki, tarixin ən qanuni başlanğıc nöqtəsi 1920-ci ilin martından noyabrına qədər olan dövrdür, digər tərəf isə deyir ki, biz geriyə gedə bilərik. Məsələn, 500 il əvvələ”. O çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür edib. Paşinyan bildirib ki, dövlət başçısı onların gözləmədiyi addımı atıb. “Mən Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm. Çünki tranzit yolların açılmasına razılıq verdi. Bu qərar əvvəlcədən o miqyasda müzakirə olunmayıb. Bizdə sadəcə olaraq məlumat var idi ki, qatar gələcək. Azərbaycan Prezidentinin bəyanatı bizim üçün gözlənilməz oldu”.

Fərda Uğur