Paşinyan bəzi nazirləri istefaya göndərməyə hazırlaşırbackend

Paşinyan bəzi nazirləri istefaya göndərməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş sazişi” partiyası sədrinin müavini və deputat Gevorq Papoyanı sosial təminat və əmək naziri təyin etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşr qeyd edir ki, baş nazir eyni anda 5-6 naziri işdən çıxarmağı planlaşdırır. Bu siyahının birincisi Müdafiə Nazirliyi rəhbərinin xaç atası olan və onun vasitəçiliyi ilə təyin edilən sosial təminat və əmək naziri Narek Mkrtçyandır.

“Bizdə olan məlumatlara görə, onun vəzifədən azad edilməsinə səbəb bu sahədə səs-küylü qalmaqalların olmasıdır. Bundan başqa, deputat Eriknaz Tiqranyan Mkrtçyanın yerinə keçmək üçün onun istefasına nail olmağa çalışıb. Lakin Paşinyan bu posta partiyadakı sevimlisi Gevorq Papoyanı təyin etmək qərarına gəlib”, deyə qəzet yazır.

Bundan əvvəl qəzet işdən çıxarılmağa namizədlər arasında baş nazirin işindən narazı olduğu ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da olduğunu yazıb. Paşinyan bu yaxınlarda Sünik bölgəsinə səfəri zamanı Sanosyanın rəhbərlik etdiyi nazirliyin fəaliyyətində bir sıra nöqsanların olduğunu bildirib.