PAŞİNYAN BALASANYANI “SATQIN” KİMİ HƏBS ETDİRƏ BİLƏR

PAŞİNYAN BALASANYANI “SATQIN” KİMİ HƏBS ETDİRƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı qatili, ləğv edilmiş qondarma rejimdə “təhlükəsizlik şurası katibi” olmuş Vitali Balasanyan Ermənistan MTN-də şahid qismində dindirilib. Tribunainfo.az yazır ki, bu barədə NEWS.am-a onun vəkili Rafael Martirosyan məlumat verib. Onun sözlərinə görə, Balasanyanın işə heç bir aidiyyatı yoxdur, o, şahid qismində dindirilib və hesab edir ki, ifadəsinin bu cinayət işinin istintaqı ilə heç bir əlaqəsi olmayacaq”, – o, heç bir açıqlama vermədən deyib. Onun Qarabağdakı hadisələrlə əlaqədar dindirilməsi istisna edilmir. Hətta Vitali Azərbaycanla “əməkdaşlıq” etməkdə, “satqın” kimi həbs edilə bilər. Balasanyanın Qarabağdan qaçması da suallar doğurub. Bəzi iddialara görə, onu ruslar bölgədən çıxarıb. Əvəzində isə sahə ilə bağlı vacib informasiyalar ötürmüş ola bilər. Erməni tərəfi sual edir ki, Araik və digərləri həbs edildiyi halda Vitali rusların köməyindən necə yararlana bilib. Hər halda Paşinyanın onu da həbs etdirəcəyi gözləniləndir.