Bu gün, avqustun 17-də baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası işə başlayıb.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, sessiyanın gündəliyinə 43 məsələ daxildir ki, onlardan yalnız üçü barədə məlumat verilir.
“Bir daha vurğulayıram ki, yaranmış vəziyyətin ən yaxşı həlli Laçın dəhlizinin blokunun açılması və beynəlxalq təminat altında Xankəndi-Bakı dialoqunun başlanmasıdır. Ermənistan Respublikası sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti ləğv edəcək addımlar atmaqdan çəkinməyə çağırır”, o əlavə edib.