“Müharibə aparan ölkədə təhlükəsizliyi təmin etmək üçün bir nömrəli alət ordu deyil, silahlı qüvvələrdir”.
Tribunainfo.az bildirir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda iki dövlətlə elan olunmamış müharibə aparır. “Onun biri Azərbaycan, digəri isə Türkiyədir”.
Nahapetyan iddia edib ki, Nikol Paşinyan son nəticədə Azərbaycanın bütün tələblərini qeyd-şərtsiz yerinə yetirmək üçün 5 minlik orduya, 30-40 minlik polisə malik olmağa çalışır. “Paşinyan ordunu darmadağın edir ki, Azərbaycanın tələblərinə müqavimət göstərən olmasın”.
Fərda Uğur