“Paşinyan Bakıya getsin, amma geri dönməsin”backend

“Paşinyan Bakıya getsin, amma geri dönməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda maraqlı sorğular keçirilir. Yerli media daha çox Ermənistanın baş naziri Nikol Paşinyanın COP29-da iştirak etmək üçün Bakıya gedib, getməməsini ermənilərdən soruşaraq, rəyi dəqiqləşdirməyə çalışır.
Tribunainfo.az xəbər verir ki, ötən gün “AlphaMedia” saytı İrəvanda keçirdiyi soğruda “Paşinyan Bakıya getsinmi” sualını qoyub. Ermənilərin bir qismi bildirib ki, onlar baş nazirin Bakıdakı konfransda iştirakına müsbət yanaşırlar. “Bu iki ölkə arasında uzun zamandan bəri davam edən münaqişənin aradan qalxmasına yardım edə bilər”.
Lakin bir qism erməni də Paşinyanın Bakıya səfər etməsinə etiraz etməsə də, onun geri dönməməsini dilə gətirib. “Paşinyan Bakıya getsin, amma geri dönməsin. Qoy, orada qalsın”.