Paşinyan Bakıya gəlsə, görüşərsinizmi? – İki partiya sədri danışırbackend

Paşinyan Bakıya gəlsə, görüşərsinizmi? – İki partiya sədri danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı hələ yekun qərar yoxdur.

Məsələ ilə bağlı partiya sədrlərinə sual ünvanladıq: Paşinyanın Bakıya gəlməsini istərdinizmi? Gələrsə onunla görüşmək istərdinizmi?

Tribunainfo.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, mən əleyhinəyəm. Hesab edirəm ki, ermənilər son 100 il ərzində, 20-ci əsr ərzində onlara olan bütün xoşmünasibətlərimizə ancaq xəyanətlə cavab veriblər.

Onun sözlərinə görə “hansısa münasibətlərin, gediş-gəlişlərin bərpa olunmasının tərəfdarı deyiləm.

Paşinyanın da COP29-da Bakıya gəlib iştirak etməsini istəmirəm. Ona görə ki, bu o qədər də Azərbaycan üçün müsbət bir tendensiya olmayacaq. Təbii ki, Azərbaycan rəhbərliyi beynəlxalq normalara uyğun olaraq özünün öhdəliklərinə uyğun olaraq hər kəsi dəvət edir, o cümlədən də Ermənistan rəhbərliyini dəvət edə bilər.

Amma ermənilər gəlməyi il nə dəyişəcək? Onların mövqeyi dəyişməyəcək. Sülh müqaviləsi ilə bağlı, başqa məsələlərlə bağlı onlar Azərbaycana, türk dünyasına qarşı düşmən mövqelərində qalırlar.

Ona görə də bunu hadisəyə çevirməyə ehtiyac yoxdur.

Əgər Paşinyan gələcəksə, Paşinyan çalışacaq COP29-un mahiyyətini dəyişsinlər, diqqəti özlərinə cəlb etsinlər, burada bir şou düzəltsinlər. COP29 böyük bir dünya əhəmiyyətli hadisə qalsın kənarda, Paşinyanın Azərbaycana gəlməsi müzakirə obyektinə çevrilsin. Onu da biz istəmirik.

Digər tərəfdən mənim qətiyyən hər hansı bir erməni ilə görüşmək fikrim yoxdur. Hesab edirəm ki, ermənilər Azərbaycana qarşı törədilmiş cinayətlərdə kollektiv şəkildə məsuliyyət daşıyırlar. Kollektiv şəkildə cavab verməlidirlər. Nə vaxtsa yəqin ki, bu baş tutacaq. Çünki dəhşətli illərdə heç bir erməni görmədik ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etsin. Nə Ermənistandakı, nə dünyadakı, nə də Qarabağdakı ermənilərdən bunu görmədik. Heç erməni adını yadından çıxaranlar da Kirkorov olsun, Armen Ciqarxanyan olsun, Qari Qasparov olsun özü, atası bunların heç biri açıq şəkildə Azərbaycanı müdafiə etmədilər. Əksinə Azərbaycan əleyhinə mövqelər sərgilədilər. Ona görə də bunların hamısı kollektiv şəkildə məsuliyyətə cəlb olunmalıdırlar”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə açıqlamasında bildirdi ki, Paşinyanın Azərbaycana gəlişi COP29 tədbiri ilə bağlı ola bilər.

Onun sözlərinə görə, “yaxud da bəzən ola bilər ki, beynəlxalq tədbir keçirən ölkə o tədbirə məcburi qaydada bütün ölkələrə bərabər şərait yaratmalıdır. Hətta bəzi ölkələrə xüsusi təhlükəsizlik təminatları da verməlidir. Ermənistan da bu tip ölkələrdəndir Azərbaycan üçün…

Şəxsən mənə qalsa əli Azərbaycan qanına batmış və elə bir caninin Azərbaycana gəlməsini təbii ki, istəmərəm. Bu və ya digər formada gəlsə belə, bizdən asılı olan və olmayan səbəblərdən gəlsə belə heç bir halda görüşmərəm. O, kimdir ki, biz onunla görüşək. O baxımdan qətiyyən yox deyirəm”.