Paşinyan Bakıya gəlir, sülh sənədi imzalayır – Deputatbackend

Paşinyan Bakıya gəlir, sülh sənədi imzalayır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Londonda görüşdən imtina etməyib, lakin yeni formatda görüşü məqsədəuyğun hesab etməyib”. Tribunainfo.az xəbər verir ki, bunu erməni deputat Sarqis Xandanyan iddia edib.
O daha sonra deyib ki, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı baş nazir Paşinyan Prezident İlham Əliyevə ikitərəfli görüş təklif edib.

“Daha doğrusu, təklif edilib ki, XİN başçılarının iki günlük görüşü olsun, sülh müqaviləsinin razılaşdırılmamış bir və ya iki maddəsini razılaşdırsınlar. Daha sonra isə liderlər COP-29 Bakıda keçirilənədək müqaviləni imzalasınlar. Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərim yoxdur, amma ümid edirəm ki, bu məntiq həyata keçəcək”.