Paşinyan Bakıdan cavab gözləyir

Paşinyan Bakıdan cavab gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlar
barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, dünən Gürcüstan rəsmiləri
ilə görüşdə iddia edib ki, təkliflərini Bakıya göndərib.
Paşinyan deyib ki, Ermənistan çox konkret təkliflər və həll yolları təqdim
edib. “Biz Azərbaycanın konstruktiv cavabını gözləyirik”.
P.S. Paşinyanın göndərdiyi təkliflərin nədən ibarət olması bəllidir. Lakin
həmin təkliflər reallıqla uyğun gəlmir. Onun kommunikasiyaların açılması ilə
bağlı yanaşması, həm qüsurludur, həm də Azərbaycanın maraqlarından
çox uzaqdır. Bundan başqa, razılaşdırılmış 15 bəndlik sülh sazişinin
imzalanmasını təklif edir ki, bu da yetərli deyil. Çünki vacib olan daha bir
neçə məqam var ki, onlarsız sülh sazişinin imzalanması gələcək üçün iki
ölkə arasında dayanıqlı sülhün təmin olunmasına maneədir.