Paşinyan: “Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”

Paşinyan: “Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə edib. “Hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq”.

Paşinyan onu da qeyd edib ki, Azərbaycanla ikitərəfli formatda işləyir. “Lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı”.