Paşinyan Azərbaycanla Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayırbackend

Paşinyan Azərbaycanla Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında deyib.

Paşinyan bu açıqlamanı bu gün Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. “Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var”, o deyib.