“Paşinyan dəhlizi müharibə ilə təslim edəcək”. Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyandır.
O deyib ki, Ermənistanın baş nazirinin bununla bağlı planı fərqlidir. Onun sözlərinə görə, Paşinyan Zəngəzur dəhlizini təslim etməklə, ölkə daxilində Rusiyaya qarşı oyununu yekunlaşdırmaq istəyir. “Paşinyan buna görə əvvəlcə Rusiyanı günahlandıracaq. Sonra ölkədə anti-Rusiya əhval-ruhiyyəsini yüksəldəcək. Ardından isə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbini qoyacaq və həyata keçirəcək. KTMT-dən çıxmaq isə sonuncu addım olacaq. Bununla da Rusiyanın Ermənistandakı hərbi varlığına son qoyulacaq”.
Tevanyan onu da deyib ki, müharibə isə hər an başlaya bilər. O hesab edir ki, Azərbaycanı müharibəyə məhz Ermənistan hakimiyyəti təhrik edir.