PAŞİNYAN AZƏRBAYCANI İTTİHAM ETDİ – “DANIŞIQLAR PUÇ OLUB”backend

PAŞİNYAN AZƏRBAYCANI İTTİHAM ETDİ – “DANIŞIQLAR PUÇ OLUB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanın məqsədi Vaşinqtonda danışıqlar zamanı qeydə alınan irəliləyişi ləğv etmək və üçtərəfli formatda Brüsseldə, iyunun 1-də isə Kişinyovda beştərəfli formatda planlaşdırılan danışıqları pozmaqdır.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bunu ER baş naziri Nikol Paşinyan hökumətin iclasında Zod istiqamətindəki gərginliyə toxunaraq deyib.

Paşinyanın iddialarına görə, Azərbaycan tərəfinin bu hərəkətləri təxribat xarakteri daşıyır və digər məsələlərlə yanaşı, mayın 1-dən 4-dək Vaşinqtonda keçirilən danışıqlarda qeydə alınan irəliləyişi inkar etməyə yönəlib.

“Təcrübə göstərir ki, Azərbaycana danışıqlar prosesi yalnız eskalasiya və müharibə və bəhanə əldə etmək üçün lazımdır, eskalasiya isə yalnız danışıqlarda əldə edilmiş hər hansı irəliləyişi ləğv etmək üçün istifadə olunur”, -Paşinyan vurğulayıb.

“Vəziyyətin gərginləşməsinin əsas məqsədi danışıqlar prosesini ləğv etmək və gələcək danışıqların gedişatını pozmaqdır”, – deyə Paşinyan yekunlaşdırıb.