Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə bir neçə iddia qaldırıb. Tribunainfo.az xəbər verir ki, Beynəlxalq Cinayətlər Məhkəməsində bu yöndə erməni vəkillər və diaspora da fəal iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Ermənistana bu iddialarından imtina etməyi təklif edib. Hətta sülh danışıqlarında bunu tələb kimi qoyub. Bəzi erməni mətbuatı isə iddia edib ki, baş nazir Nikol Paşinyan Bakının bu tələbini yerinə yetirməyə hazırlaşır.
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan isə bildirib ki, Nikol Paşinyan bu addımmı ata bilməz: “Paşinyanın beynəlxalq qurumlardan Azərbaycana qarşı şikayətlərini geri götürmək səlahiyyəti yoxdur”.