Ermənistan Respublikasının keçmiş müdafiə naziri Arşak Karapetyan dünənki çıxışı zamanı sensasion açıqlamalar verib.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, o, Ruben Vardanyanın həbsində Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.
Karapetyan iddia edib ki, Paşinyan Azərbaycan hökumətinə müraciət edərək, Vardanyanın Ermənistan ərazisinə buraxılmaması və həbs edilməsini xahiş edib.
Qeyd olunanlarla bağlı jurnalistlər şuranın brifinqlərində iştirak edən “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyandan şərh istəyib. Abramyan qeyd olunan məsələ ilə bağlı bunları deyib:“Əgər faktlar varsa, o zaman Arşak Karapetyan məlumatlarını açıq formada təqdim etməlidir. Çünki bu, cəmiyyətin ümumi təbəqəsinin bilmədiyi məlumatlardır”.