PAŞİNYAN ATƏT-in MİNSK QRUPUNUN RUSİYALI HƏMSƏDRİNİ QƏBUL EDİBbackend

PAŞİNYAN ATƏT-in MİNSK QRUPUNUN RUSİYALI HƏMSƏDRİNİ QƏBUL EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Rusiya Federasiyası xarici işlər nazirinin Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayevi qəbul edib.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi məlumata görə, həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı məsələləri müzakirə ediblər.

Eyni zamanda, Laçın dəhlizi və Azərbaycan Ermənistan arasında münasibətlərin tənzimlənməsi, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması da müzakirə mövzusu olub.

Qeyd edək ki, Paşinyan əsas məsələlərin həllinə erməni tərəfinin yanaşmalarını da təqdim edib.