PAŞİNYAN ALMAN DEPUTATLA GÖRÜŞƏCƏK

PAŞİNYAN ALMAN DEPUTATLA GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundestaq komitəsinin rəhbəri Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, almaniyalı deputatla Ermənistanın baş naziri, parlamentin sədri, vətəndaş cəmiyyəti nümayəndələri arasında danışıqlar planlaşdırılır.

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot İrəvana gəlib və burada Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Deputatın sözlərinə görə, o, Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, Milli Assambleyanın Xarici Əlaqələr üzrə Parlament Komissiyasının rəhbəri Sarkis Xandanyan, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

Qeyd edək ki, bu, alman parlamentarisinin İrəvana ilk səfəri deyil. O, bu ilin iyulunda Ermənistana səfər edib.