Paşinyan ailəsi ilə birlikdə qəzaya düşüb

Paşinyan ailəsi ilə birlikdə qəzaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan qəzaya düşüb.

Bu barədə erməni mətbuatı xəbər yayıb. O, hökumətin bugünkü iclasında qəzaya uğradığını bildirib.

“Mən şəxsi təcrübəmi bölüşmək istəyirəm. Mən özüm üçün prinsip eləmişəm ki, maşında qış təkərləri olmalıdır. Bunu ailə üzvlərimlə qarlı yolda qəzaya düşdüyümdən sonra anladım”, – Paşinyan deyib.

O, qəzanın tarixini və yerini açıqlamayıb.

Qeyd edək ki, Ermənistan hökuməti keçirilən iclasda sürücüləri noyabrın ortalarından martın sonuna kimi qış təkərlərindən istifadə etməyə məcbur edib. Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan da qeyd edib ki, güclü yağıntı (qar və ya yağış) zamanı yol qəzalarının səbəblərindən biri uyğun olmayan təkərlərdən istifadədir./Milli.Az/