BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar keçirilən iclasında Qarabağdakı vəziyyət müzakirə olunub.
Mozambikin BMT-dəki nümayəndəsi tərəfləri problemlərin diplomatik kanallar vasitəsilə müzakirəsinə və münaqişənin son həllini bu istiqamətdə təmin etməyə çağırıb.
Tribunainfo.az-ın araşdırmasına görə, hətta Ermənistan parlamentinin keçmiş deputatı, azərbaycanşünas alim Tatevik Ayrapetyan isə hansısa super dövlətin deyil, Mozambikin iclasda onlar üçün etdiklərini tərifləyib.
Mozambikin BMT-dəki rolu yalnız humanitar yardımlarla yada düşür. Hələ 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu il Mozambikin Kabo Delqado bölgəsində münaqişədən zərər çəkmiş 100 minə yaxın insana humanitar yardım edib. Ermənistan da Mozambikin dəstəyinə sevinir.
BMT-də keçirilən iclasdan sonra Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryan da jurnalistlərə açıqlamasında məyusluğunu gizlətməyərək məsələni qısa şərh edib. O qeyd edib ki, əsl günahkarı ölkə rəhbərliyində axtarmaq lazımdır: “Utancvericidir… Hamı bir araya gəldi, danışdılar, dağılışdılar. Onlar həmçinin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın bu ölkənin suveren ərazisi olmasını tanıdığını xatırlatdılar”.
Xatırladaq ki, oxuma-yazma nisbəti olduqca aşağı olan ölkə yəqin ki, Ermənistanı da heç tanımır.
Mozambikdə siyasi strukturda Baş nazir geniş səlahiyyətlərə malikdir. Mozambikdəki siyasi sistemi “yarı Prezident sistemi” adlandırılır. Yəqin elə buna görə də özlərini Paşinyana yaxın hiss ediblər.
Qeyd edək ki, ölkənin rəsmi dili də portuqal dilidir.