“Paşinyanın parlamentdə söylədiklərini nəzərə alsaq, deyə bilərəm ki, bütün məsələlər haqda pozitiv mövqelər sərgiləyib. O, sülh müqaviləsinin imzalanmasını vacib şərt hesab edərək, bunun iki dövlətə töhvə verəcəyini bildirib”.
Bu sözləri AZXEBER.COM-a politoloq Qabil Hüseynli Paşinyanın 3+3 formatında olan görüşə razılıq verməsini şərh edərkən deyib.
Politoloq Gədəbəyin Başkənt kəndinin Ermənistana aid olması ilə bağlı səsləndirilən fikirləri düzgün hesab etmədiyini bildirib:
“Paşinyan son çıxışında anklavlar məsələsinə də diqqət yetirib. Anklavlar məsələsində Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin adını çəkir. Ancaq o qeyd edib ki, Ermənistanın da Azərbaycan ərazisində Gədəbəydə Başkənd deyilən anklavları var. Bu anklavlarin geri qaytarılması prossesini SSRİ dağılana yaxın mövcud olan xəritələrə, həm də 1991-ci il Almatı görüşünün nəticələrinə uyğun olaraq həyata keçirməliyik. Ancaq xüsusi qeyd etmək lazımdır ki, Paşinyanın Gədəbəy rayonunun Başkənt ərazisinin Ermənistana aid olmasına iddia edilməsini düzgün deyil. Çünki həmin ərazi Azərbaycan ərazisidir”.