“PAŞİNYAN 100 QARABAĞLI ERMƏNİNİN KİRAYƏ HAQQINI ÖDƏMƏSİ ÜÇÜN İŞƏ VELOSİPEDLƏ GEDƏCƏYİK” – ŞƏRH

“PAŞİNYAN 100 QARABAĞLI ERMƏNİNİN KİRAYƏ HAQQINI ÖDƏMƏSİ ÜÇÜN İŞƏ VELOSİPEDLƏ GEDƏCƏYİK” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan öz Facebook səhifəsində Qarabağdan məcburi köçkün edilmiş vətəndaşların yaşayış xərclərini dəstəkləmək üçün proqrama start verdiklərini bildirib. Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, “Hər bir ailənin yaşayış xərclərini ödəmək üçün ayda adambaşına 40.000 dram, üstəlik bütün kommunal xərclər üçün adambaşına 10.000 AMD veriləcək. Bu proqram oktyabrın 1-dən başlayacaq və ən azı 6 ay fəaliyyət göstərəcək. Proqramdan yaşından asılı olmayaraq bütün məcburi köçkünlər faydalanacaq”, – Paşinyan proqramla bağlı digər detallardan danışarkən yazıb.

Paşinyanın paylaşımın altında mənfi şərhlər yazılıb. Adətən Paşinyanın Facebook səhifəsindən pis şərhlər tez silinirdi, amma bu dəfə deyəsən zaman buna imkan vermir.

“Geosiyasi hərəkətləri başa düşməmək, siyasi ssenariləri anlamamaq, ölkənin və dövlətin maraqlarını dərk etməmək, iqtisadiyyatı anlamamaq. Siz Levon və Serjdən də yalançısınız”, – istifadəçilərdən biri yazıb.

“Sizin bağ evinizdə yaşamaq gündə 4000 dollara başa gəlir, Avropa standartı olan siyasətçinin təvazökar evdə yaşayıb işə velosipedlə getməsi uyğun olarmı ki, 100 Artsax sakini kirayə ödəyə bilsin?”, başqa bir istifadəçi yazıb.

“Bəs o 40 min dramla nə icarəyə götürəcəklər?” Siz hakimiyyətə gələndən sonra kirayə evlərin qiyməti ən azı iki dəfə artdı və hökumətiniz buna çox sakit şəkildə icazə verdi. İndi 40 min drama pinəçi stolu belə kirayə verə bilmirlər. Kimi məsxərəyə qoyursan, “hörmətli” baş nazir?”, – başqa biri əlavə edib.