“PashaPay”, “PulPal” və “K Group”a icrası məcburi göstəriş verildi

“PashaPay”, “PulPal” və “K Group”a icrası məcburi göstəriş verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay”, “PulPal” və “K Group” elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

AMB-nin yaydığı məlumata görə, “PashaPay” MMC fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı, “PulPal” MMC ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı, ” K Group” MMC-yə isə emissiya olunan elektron pulların istifadəsi, o cümlədən istifadəçilər tərəfindən elektron pulların qalıq dəyəri barədə məlumatların əldə edilməsi imkanının təmin olunmamasına görə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.