“PAŞA SIĞORTA” ZƏRƏRÇƏKƏNİN SIĞORTASINI ÖDƏMİR – ŞİKAYƏTbackend

“PAŞA SIĞORTA” ZƏRƏRÇƏKƏNİN SIĞORTASINI ÖDƏMİR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşa Sığorta” qəza zamanı zərərçəkən tərəfin sığortasını ödəmir.

Tribunainfo.az yazır ki, problemlə üzləşən Orxan adlı vətəndaş sial şəbəkədə qeyd edib ki, avqustun 20-i zəncirvari qəza olub və qarşı tərəfin sığortası olan “Paşa sığorta” hələ də onunla əlaqə saxlamayıb və qiymətləndirmə da etməyib:

“18 gündür avtomobilimi əzik vəziyyətdə idarə edirəm, halbuki 7 gün ərzində icra olunmalı idi bu məsələ. Qaynar xətti hər gün yığıram, utanmazcasına mənə bu gün zəng ediləcək deyə söz verir şirkət əməkdaşları, heç kimə məsləhət görmürəm bu sığorta şirkətini”.