Avtomobilini “Paşa sığorta”da sığortalandıran sürücü peşman olub.
Tribunainfo.az yazır ki, sürücü Elnur Məhərrəmov bu barədə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ona dəymiş zərərin heç yarısı qarşılanmayıb:
“Mən 6 fevral tarixində qəza etmişəm, avtomobilimə icbari siğorta ödənişi “Paşa sığorta” tərəfindən olunmalıdır. 15 gündür ləngidib 3000+ zərərimə 1720 AZN zərər çıxarıblar. İmprotexdən detalların qiymətlərini çıxarıb məhkəməyə müraciət etmək istəyirəm. Qaynar xəttə də cavab vermirlər. İşinizə məhsuliyyətsiz və gec yanaşırlar, avtomovilinizi “Paşa sığorta”da sığortalamayın”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Nigar