Sığorta müqaviləsinə əməl etməyən “Paşa Sığorta” şirkəti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, “Paşa Sığorta” ilə bağlı məhkəmədə iddianı “Skaz autohouse” MMC qaldırıb. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı sığorta müqaviləsi mübahisəsinə görə məhkəməyə müraciət edir.
Bakı Kommersiya Məhkəməsində baxılan işlə bağlı iclas 30 iyul tarixində baş tutacaq. İşə hakim Zeynəb Axundova sədrlik edir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar