Qəza nəticəsində avtomobilimə dəymiş zərəri “Paşa Sığorta” tam olaraq qiymətləndirmir. Dəfələrlə müraciət etməyimə baxmayaraq hər dəfə aşağı qiymət hesablayıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə sürücü Nemət Nemətli bildirib. O qeyd edib ki, “Paşa Sığorta” vətəndaşları aldadır:
“3 dəfə aşağı qiymət hesablayıblar. Deyirlər, ya bu pulu götür, ya da get başqa yerdə özün təmir etdir. Neçə detal alınmalıdır. Ancaq sığorta şirkəti heç birini qeydə almayıb. Ayırdıqları qiymət heç ustanın pulu etmir. Bir sözlə, “Paşa Sığorta” vətəndaşları aldadır, süründürür, əsəblərini korlayır. Heç kimə tövsiyə etmirəm bu şirkəti. Məhkəməyə müraciət edəcəyəm”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar