“PAŞA Sığorta”da yeni TƏYİNAT

“PAŞA Sığorta”da yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PAŞA Sığorta” ASC-də yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Aygül Məmmədzadə  sığorta şirkətinin Müştəri sorğularının təhlili və həlli şöbəsinin rəhbəri təyin edilib.

O, bu vəzifəsinə qədər, “Paşa Sığorta”da Müştəri Xidmətləri üzrə rəhbər vəzifədə çalışıb.

A.Məmmədzadə “Paşa sığorta”dakı fəaliyyətinə qədər 5 il Kapital Bankda müxtəlif vəzifələrdə işləyib.