“PAŞA Kapital”da geriləmə: Aktivləri 23 milyon manata yaxın azalıb

“PAŞA Kapital”da geriləmə: Aktivləri 23 milyon manata yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il üzrə “PAŞA Kapital” investisiya şirkətinin maliyyə vəziyyəti məlum olub. 

“Yeni Sabah” xəbər verir ki, investisiya şirkəti ötən il 34%-dən çox kiçilib.

Belə ki, “PAŞA Kapital”ın 2024-cü il üzrə cəmi aktivləri 43,27 milyon manata enib. Halbuki,

2023-cü ilin sonuna şirkətin cəmi aktivləri 65,9 milyon manat təşkil edib. Başqa sözlə, şirkətin aktivləri bir ildə 22,6 milyon manat azalıb.

Şirkətin aktivlərinin 40,9 milyon manatı qısamüddətli aktivlərin, 2,35 milyon manatı isə uzunmüddətli aktivlərin payına düşüb.

İnvestisiya şirkətinin öhdəlikləri isə son bir ildə 52 milyon manatdan 27,8 milyon manata enib.

Cəmi kapitalı isə əksinə, 13,9 milyon manatdan 15,47 milyon manata yüksəlib.

Şirkət 2024-cü ili 2,34 milyon manat mənfəətlə bitirib. Bu isə əvvəlki ilə nisbətən 1,3% azdır.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.