“Paşa Bank”ın şirkətə qarşı məhkəməsi başladı

“Paşa Bank”ın şirkətə qarşı məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Kommersiya Məhkəməsində “Paşa Bank” ASC-nin “AznetDevelopment” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd: “Paşa Bank” ASC “AznetDevelopment” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.