Mahaçqalada partlayış baş verən ərazidə son durumu əks etdirən görüntülər yayılıb.
Tribunainfo.az “Mash” Teleqram kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində küçənin ortasında dərin yarğan yaranıb.
Hazırda ərazidə tikinti texnikası işləyir, xilasedicilər dağıntıların altından ölənlərin cəsədlərini tapmağa davam edir.
Səhər saatlarında respublikada fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yerli sakinlərin dediyinə görə, partlayışa səbəb texniki stansiyanın bağ gübrəsi anbarı ola bilər. Münki yanğın əvvəlcə orada başlayıb, sonra isə avtoservis və yanacaqdoldurma məntəqəsinə keçib.
Lakin məlumat hələlik rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.
Rusiya İstintaq Komitəsinin versiyasına görə isə yanğın avtoservisdə avtomobilə düzgün qulluq edilməməsi səbəbindən baş verib.
Rusiya Prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.