Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi (FOTO)backend

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.
“Qafqazinfo”nun məlumatına görə, bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.
A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.
Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

Aydın Atakişiyev
 

Fərid Qubadov
 

Elvin Məmmədov