PARTİYA LİDERİ: RUS ORDUSUNUN QARABAĞDAN TAM ÇIXMASI UZAQDA DEYİL

PARTİYA LİDERİ: RUS ORDUSUNUN QARABAĞDAN TAM ÇIXMASI UZAQDA DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim 24 saatlıq antiterror tədbirindən sonra bölgədə vəziyyət sürətlə dəyişdi. Hadisələr elə inkişaf etdi ki, rus hərbçilərin Qarabağda qalmasına ehtiyac olmadı. Onların vaxtından tez getməsi mümkündür. Çünki Rusiya regionda uzun müddət qalmağı planlaşdırsa da, gedişat istədiyi kimi olmadı”. Bu sözləri Tribunainfo.az-a Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. Onun sözlərinə görə, Rusiya prezidenti də çıxışında sülhməramlıların statusunun dəyişdiyini təsdiqlədi. Partiya sədri hesab edir ki, rus hərbi kontingentinin Qarabağdan tamamilə getməsi zamanı uzaqda deyil: “Artıq onlara heç bir zərurət yoxdur. Azərbaycan erməni sakinlərlə birbaşa təmas qurur. Ona görə Rusiyanın daha çox qalmaq istəyi olsa da, heç 5 il çəkmədi, daha tez gedəcəklər”.