Xüsusi antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış “ESET” şirkətinin əməkdaşları tərəfindən “Google Play” xidmətində aşkar edilmiş iki mobil tətbiq ödəmə sistemlərindən istifadə edənlərin ünvanlarını, həmçinin parollarını oğurlayır.

Mobil tətbiqlərdən biri artıq 100 min dəfədən çox yüklənilmiş “Boost Veiws” proqramıdır. Bu mobil tətbiq rəsmən “YouTube” video hostinqindən qazanc əldə etmək kimi təsvir edilir. Mobil tətbiqi işə saldıqdan sonra istifadəçiyə videoçarxları izləyərək buna görə ödəniş əldə etmək, ya da öz kanalında baxış sayını artırmaq təklif edilir. Ekspertlər mobil tətbiq üzərindən qazanılmış pulu “PayPal” ödəmə sistemi vasitəsilə öz hesabına köçürməyə çalışıblar. Məlum olub ki, avtorizasiyadan keçmək üçün daxil edilmiş qeydiyyat məlumatları, həmçinin bank kartının məlumatları kənar serverə göndərilir.
Digər mobil tətbiq “PaxVendor” proqramı “Paxful” bitkoin mübadiləsində avtorizasiyanın həyata keçirilməsi üçün saxta ekrandan başqa heç bir funksiyaya malik deyil. Bu halda istifadəçilər tərəfindən daxil edilmiş informasiya proqramın yaradıcılarına göndərilib. (ICTnews)