Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Quliyev çıxış edib.
O, qeyd edib ki, “Reklam haqqında” qanuna dəyişiklik daxil edilməlidir:”Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.