Uruqvay parlamentində bir ilk yaşanıb.
Uruqvay parlamentində bir ilk yaşanıb.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, Kommunist Partiyasının üzvü olan və cinsiyyətini dəyişdirən Mişel Suarez senata üzv qəbul edilib.
Ölkənin ilk transseksual senatoru vəzifə başına keçən kimi cinsi ayrı-seçkiliyə qarşı qanun qəbul etmək üçün senata müraciət ünvanlayıb. O, Amerika qitəsindəki transseksual insanların haqlarını qoruyacağına dair and da içib.
Vəkil və siyasi aktivist kimi fəaliyyət göstərən 34 yaşlı senator, beləliklə, 3.3 milyon nüfuzu olan ölkəsində ilk diplomatik vəzifədə çalışan transseksual ünvanına sahib olub.
M.Suarez aktivist fəaliyyəti zamanı da cinsi ayrıseçkiliyə qarşı mübarizə aparıb. 2013-cü ildə qüvvəyə minən homoseksualların evlilik qanununun qəbul edilməsində onun böyük əməyi olub.