“Parlament və bələdiyyə seçkilərində də iştirak edəcəyik”backend

“Parlament və bələdiyyə seçkilərində də iştirak edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 fevralda baş tutacaq növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyasının bitməsinə 3 gün qalıb. Namizədlər bu müddət ərzində müxtəlif şəhər və rayonlarda seçicilərlə görüşlər keçirir, onların təklif və iradlarını dinləyirlər. 

Seçkilərdə iştirak edən namizədlərdən Fuad Əliyev kampaniyanın gedişi ilə bağlı Yenisabah.az-a danışıb. Fuad Əliyev təsisçisi olduğu Müstəqil Həmkarlar Birliyinin parlament və bələdiyyə seçkilərində də iştirak edəcəyini bildirib:

“Biz təxminən 10 aydır ki, Müstəqil Həmkarlar Birliyini yaratmışıq və bu müddət ərzində regionlarda 30-a yaxın yerli təşkilatlarımız var. Biz təşkilat olaraq həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində razılaşırdıq. Ona görə də növbədənkənar prezident seçkiləri bizim üçün gözlənilməz olmadı. Bu ilin axırında bələdiyyə seçkilərinə hazırlaşırıq və bu istiqamətdə bizim rayon təşkilatlarımız, komandamız iş görür. Ümumiyyətlə istənilən siyasi partiya və təşkilat əgər mütəmadi vətəndaşlarla iş görürsə, bu cür seçkilərə hər zaman hazır olmalıdır. Bizim parlament seçkilərində də namizədlərimiz olacaq. Düşünürəm ki, biz istər parlament, istərsə də bələdiyyə seçkilərində yer qazanacağıq”.