Parlament generalı ölkə prezidenti seçdibackend

Parlament generalı ölkə prezidenti seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vyetnam Milli Assambleyası (Parlament) general Luonq Cuonqanı ölkənin yeni prezidenti seçib.
Tribunainfo.az  xəbər verir ki, bu barədə “Vietnam News” yazıb.
Assambleyanın 440 üzvünün hamısının Cuonqanın lehinə səs verdiyi qeyd olunur.

Milli Assambleya qətnaməni qəbul etdikdən sonra yeni prezident andiçmə mərasiminə başlayacaq. Keçmiş prezident To Lam Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni baş katibi olub və bununla əlaqədar olaraq prezident postunu tərk edib.
67 yaşlı Cuonqa 1975-ci ildə orduya qoşulub. O, siyasi komissar, Ordu Dairəsinin Baş İdarəsinin rəis müavini vəzifələrində çalışıb və Vyetnam Baş Siyasi İdarəsinin sədri olub.