Parlament 50 nəfərin siyasi partiya təsis etməsi ilə bağlı layihəni l oxunuşda qəbul edibbackend

Parlament 50 nəfərin siyasi partiya təsis etməsi ilə bağlı layihəni l oxunuşda qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament 50 nəfərin siyasi partiya təsis etməsi ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.

Tribunainfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Lahiyəyə əsasən, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.

Xatırladaq ki, layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.

Layihə l oxunuşda qəbul edilib.