Parklanma xidmətindən NARAZILIQ – Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

Parklanma xidmətindən NARAZILIQ – Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sürücülər ödənişli parklanma sistemi olan “AzParking”dən şikayətçidirlər.

Sürücülər iddia edirlər ki, tətbiqdən istifadə edərkən naviqasiya xətaları ilə üzləşirlər. Proqram avtomobilin yerini dəqiq qeyd etmir.

Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, belə neqativ hallarla tez-tez rastlaşmaq mümkündür:

“Bəzən sistem xətası səbəbindən vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur. Problemin səbəbi koordinasiyanın düzgün qurulmamasıdır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, “AzParking”lə bağlı istənilən problemi yaşayan şəxs konkret faktlarla quruma müraciət edərək, məsələni aydınlaşdıra bilər.