Parkda oturduğu yerdə 3 nəfəri ildırım vurdu – FOTObackend

Parkda oturduğu yerdə 3 nəfəri ildırım vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada parkda ildırım çaxması hadisəsi təhlükəsizlik kameralarına düşüb.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, iki kişi və bir qadın ildırımın vurması nəticəsində yerə yıxılıb.

67 yaşlı Nikolay Kalaşnikov hadisə yerində dünyasını dəyişib. İki kişi ağır yaralansa da, qadın öz başına ayağa qalxa bilib. O da bildirilib ki, dördüncü nəfəri ildırım vurub. Hadisə Rusiya silahlı qüvvələrinin baş kilsəsinin yaxınlığında baş verib.

Eyni zamanda ABŞ və Kanadada ildırımla bağlı meşə yanğınları səbəbindən təxliyələr aparılıb.

Hadisə yerinə sürətlə gələn tibb qrupları müdaxilə etsə də, 67 yaşlı Nikolay Kalaşnikovun öldüyü bildirilir.