İstanbulun Fatih qəsəbəsindəki parkda cinsi orqanını kiçik uşağa göstərdiyi iddia edilən şəxs vətəndaşların hücumuna məruz qalıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, şübhəlinin parkda döyüldüyü anlar kameralara düşüb.
Hadisə Fatihdəki Topkapı parkında baş verib. İddialara görə, bir şəxs parkda oynayan kiçik uşağa cinsi orqanını göstərib.
Uşağın yaxınları və ətrafdakılar vəziyyəti görüb və şübhəli şəxsə reaksiya veriblər.
Qısa müddətdə toplaşan izdihamdan qaçmağa çalışan şübhəli, təqibdən sonra tutularaq döyülüb.
Aldığı zərbələr nəticəsində qan içində olan şübhəli yerə yıxılıb. Parkdakı vətəndaşlar ayağa qalxmaqda çətinlik çəkən şübhəliyə reaksiya verməyə davam etdi.
Hadisələr kameraya çəkilərkən, şübhəli hadisə yerinə gələn polis qruplarına təhvil verilib.