backend

Parisdə Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan doapor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı “İnsan hüquqları esplanad”ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib. 

Azərbaycan doapor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı “İnsan hüquqları esplanad”ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib.

“Paris Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.

 

Ermənistan Prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Ermənistanın ərazilərimizin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyi, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.

Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə dildə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını tanıyaq!”, “Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Yalana yox deyək!”, “Sarkisyan terrorçudur!”, “ASALA terror təşkilatıdır!”, “Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara son qoyun!”, “Sarkisyan qatildir!”, “Sarkisyanın yeri məhkəmədir!” kimi şüarlar səsləndiriblər.

“Xocalı soyqırımında əli olan bir qatilin Avropaya gəlişi qəbuledilməzdir. Əgər Avropa Sarkisyana qapı açırsa, onda orada ədalətdən danışmaq olmaz. Avropadan ədalətsizliyə son qoymağı tələb edirik”, – deyə aksiya iştirakçıları bildiriliblər.

Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların etnik mənşəyinə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Vəkil Fransanın Xocalı soyqırımını tanıması üçün aksiya iştirakçılarını onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmasının onların ikinci dəfə öldürülməsi demək olduğunu bildirən vəkil iştirakçıları faciə zamanı qətlə yetirilənlərin xatirəsini əbədiləşdirməyə – soyqırımının tanınmasına nail olmağa çağırıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi 


Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.

Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.

J. F. Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa Prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: “Bu qaçqın qadınlar Fransa Prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil”.