TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Paris Kütləvi Daşıma Həmkarlar İttifaqı (STIF) şura iclasında aldığı bir qərarda qadınlara qarşı təcavüzü əngəlləmək üçün gecə avtobuslarına “tələb üzərinə dayanacaq” tətbiqini gətirəcəyini bildirib.

Bu tətbiq ilə sərnişinlərə, iki dayanacaq arası, evlərinə ən yaxın yerdə enmə imkanı təqdim olunacaq.
“Ile-de-france” nəşrinin bölgə rəhbəri Valeriya Pekressenin, daha əvvəl də kütləvi nəqliyyat vasitələrində təhlükəsizlik işçilərinin sayının artırılacağını açıqlamışdı. Tətbiqin uğurla nəticə verdiyi təqdirdə, regiondakı bütün gecə avtobuslarını əhatə edəcəyi deyilir.
Digər tərəfdən, 2015-ci ildə Qadınlar və Kişilər Arasında Bərabərlik Üzrə Ali Şuranın (QKABÜAŞ) Fransada apardığı bir tədqiqatda iştirakçı qadınların yüzdə 100-nün kütləvi nəqliyyatlarda ən az bir dəfə təcavüzə uğradığı ortaya çıxmışdı.
İlahə