Paris su altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Paris və ətrafındakı yaşayış məntəqələri kəskin yağışlar səbəbilə su altında qalıb. 

Fransanın paytaxtı Paris və ətrafındakı yaşayış məntəqələri kəskin yağışlar səbəbilə su altında qalıb.

TİA.AZ xəbər verir ki, seldən ən çox metro stansiyaları zərər görüb.

Şəhərdə 20-dən çox metro stansiyasının platformaları sel suları altında qalıb. 7 stansiya istifadəyə bağlanıb.

Bağlanan metro stansiyalarının nə zaman açılacağı haqqında heç bir açıqlama verilməyib. Metroları sel sularından təmizlənmək üçün əməliyyatlar başladılıb.

Yeraltı metro ilə yanaşı, hər gün milyonlarla vətəndaşın istifadə etdiyi yerüstü metro xətləri də seldən zərər görüb. Vətəndaşlar evlərinə qayıtmaq üçün saatlarla dayanacaqlarda gözləməli olublar.

Daha öncə Paris Meterologiya Departamenti kəskin yağışların ən üst səviyyə (narıncı) təhlükəsi daşıdığını açıqladığına görə vətəndaşlar təhlükəsizlik tədbirləri görüb. Bu səbəbdən kəskin yağışlar zamanı hər hansı itki, yaxud xəsarət faktı qeydə alınmayıb.