Paris simvolunun gizli tarixi: Yayda 14 santimetr böyüyə bilər!backend

Paris simvolunun gizli tarixi: Yayda 14 santimetr böyüyə bilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi araşdıranlar təkcə hadisələrə, tarixi abidələrə və onların motivlərinə nüfuz etməklə kifayətlənmir. Həm də geoloji araşdırmalar aparırlar. Belə araşdırılan tarixi abidələrdən biri də Eyfel qülləsidir.

Parisin göbəyində yüksələn, dünyanın ən tanınmış tikililərindən biri olan Eyfel qülləsi hər il milyonlarla turisti qəbul edir. Ancaq bu simvolik quruluşun arxasında bir çox insanın bilmədiyi təəccüblü detallar var.

Məsələn, bu gün qəhvəyi çalarları ilə göz qamaşdıran qüllə tikildiyi ilk dövrlərdə əslində sarı idi. Onilliklər ərzində “Dəmir Ledi” bir sıra boya rənglərinin tətbiqi ilə görünüşünü dəyişib. Eyfel Qülləsini 3 fərqli rəng çaları ilə boyayırlar. Eyfel qülləsi 1889-cu ildə açılanda qırmızı-qəhvəyi rəngdə idi. Ən tünd çalar qüllənin təməl hissəsində, ən parlaq çalar isə qalanın ən hündür hissəsində istifadə olunur. Hər il qülləni korroziyadan qorumaq üçün 60 tonlarla boya istifadə olunur.

1889-cu il Universelle Sərgisinin təşkilatçıları, Bastiliyanın süqutunun və Fransa İnqilabının başlanmasının 100-cü ildönümünü qeyd edərək, açıq müsabiqə keçirdilər.

107 təklif arasından memar Stiven Savestr və mühəndislər Maurise Koeçlin və Emile Nouquler ilə birlikdə Eyfelin təqdim etdiyi dizaynı seçdilər.

Qeyd edək ki, Eyfel qüllənin inşasında 72 görkəmli fransız mühəndisinin, aliminin və riyaziyyatçısının adını həkk olunmuşdu.

1889-cu ildə açıldığı zaman Eyfel qülləsi 986 fut hündürlüyündə dayanırdı. Bu da dünyanın əvvəlki ən hündür strukturu olan Vaşinqton Abidənin 555 fut hündürlüyündən təxminən iki dəfə yüksək idi

Havalar istiləşdikcə qüllənin metal konstrukturu deformasiyaya uğrayırdı. Buna görə də Parisdəki Eyfel qülləsi yayda 14 santimetrə qədər böyüyə bilər!