“Paris Mebel”də oğurluq – İşçi müdirin otağından seyfi soydu

“Paris Mebel”də oğurluq – İşçi müdirin otağından seyfi soydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən “Paris Mebel” – mebel salonunda oğurluq baş verib.

Qaynarinfo xəbər verir ki, salonun Elnur adlı müdirinin otağındakı seyfdən 4000 manat oğurlanıb.

Müşahidə kameralarına baxış keçirilərkən məlum olub ki, oğurluğu edən elə salonun işçisi olan Amin adlı şəxsdir. O, saxlanılıb və Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinə Göygöl Rayon Məhkəməsində Leyla Hüseynzadənin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Amin ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o dəymiş ziyanı ödəyib və zərərçəkmişlə barışıq əldə edib.

Bununla belə, məhkəmə Amini təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun 2 gün tutulduğu müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.