Paris-İrəvan ittifaqı Rusiya-Azərbaycan birliyinə qarşı?

Paris-İrəvan ittifaqı Rusiya-Azərbaycan birliyinə qarşı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Ermənistan yenidən silahlanma prosesinə start verib. Tribunainfo.az xəbər verir ki, Fransa ilə bağlanılmış sazişə əsasən İrəvan Parisdən 15 ay ərzində 36 ədəd “Sezar” özüyeriyən toplar alacaq.
Qeyd edək ki, Azərbaycan rəsmi olaraq bəyan edib ki, İrəvanın bu addımı bölgədə durumu gərginləşdirəcək və İrəvanın müharibə hazırlığı içində olmasının göstərir. Həmçinin rəsmi Bakı bildirib ki, əgər belə bir hal baş verərəsə, bütün məsuliyyət Ermənistanın üzərində qalacaq.
Erməni tərəfi isə bu silahlanmanın başqa aspektlərini də qeyd edir. Tribunainfo.az “İravunk” qəzetinə istinadən xəbər verir ki, nəşr baş verənlərin planlı olduğunu vurğulayır. “Ermənistan-Fransa əməkdaşlığı Rusiya-Azərbaycan planlarını qarşıdır. Fransa “Sezar” topları verməklə onu nəzərdə tutur ki, əgər Rusiya-Azərbaycan qüvvələri Ermənistana qarşı təcavüz etməyə çalışsalar, o zaman Fransa Ermənistanı lazımi silahlarla təmin etməklə işğalçıların planlarını pozmağa çalışacaq. Və Ermənistan ehtimal olunan müharibə zamanı Rusiya təchizatına etibar etməyəcək və nəzəri olaraq təcavüzü dəf edə bilər”.